Ağdamda piyadanı vuran sürücü hadisə yerindən qaçdı

Ağdamda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

Yolu keçmək istəyən rayon sakini, 1985-ci il təvəllüdlü Əliyev Səxavət Yafət oğlunu avtomobil vurub.

Qəzanı törədən sürücü hadisə yerindən yayınıb.

Faktla bağlı araşdırma aparılır./Apa/

COP29