Ağdamda yol çəkən texnika minaya düşdü

Ağdamda yol inşaatında işləyən tikinti texnikası minaya düşüb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə Ağdamın işğaldan azad edilmiş hissəsində baş verib.

Belə ki, Ağdam-Füzuli yolunun inşasında çalışan yol inşaatı texnikası Yusifcanlı kəndi ərazisində tank əleyhinə minaya düşüb.

Texnikanı idarə edən Fərzəliyev Alim xəsarət almayıb.