Ağdamın cümə məscidinin axundu vəfat edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü, QMİ-nin Ağdam rayon üzrə qazisi Hacı Barat Bağırov vəfat edib.

Yenicag.az Report-a istinadla xəbər verir ki, B.Bağırov ötən gün axşam saatlarında ölüb.

O, indiyədək Ağdam Cümə məscidi dini icmasının rəhbəri vəzifəsində çalışırdı.