Ağdaş sakini qanunsuz saxladığı odlu silahı polisə təhvil verdi

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilmiş profilaktiki tədbirlər nəticəsində isə bir nəfər rayon sakini qanunsuz saxladığı ov tüfəngini könüllü olaraq polisə təhvil verib.

Bu istiqamətdə polis əməkdaşları tərəfindən profilaktiki tədbirlər davam etdirilir.