Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi istiqamətində profilaktiki tədbirləri davam etdirirlər.
Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, vətəndaşlara edilən müraciət, eləcə də aparılan profilaktiki işlərin nəticəsi kimi rayonun Yuxarı Ağcayazı kənd sakinləri – Cəlil və Həsən Hüseynovlar müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfənglərini könüllü olaraq polisə təqdim ediblər.