Ağdaşda 17 yaşlı oğlan ürəyindən bıçaqlandı

Ağdaşda qətl hadisəsi baş verib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün 10.30 radələrində Ağdaş şəhəri Bəkir Nəbiyev küçəsində, mərkəzi poçtun qarşısında qeydə alınıb.

16-17 yaşlarında olduğu deyilən oğlanın ürəyindən bıçaqlanaraq öldürüldüyü bildirilir.

Onun meyiti müayinə olunmaq üçün Ağdaş “morq”una aparılıb.

Faktla bağlı araşdırma aparılır. Ölən və hadisəni törədənin kimliyi hələlik məlum deyil.