Ağdaşda 19 yaşlı qız xlordan zəhərləndi

Ağdaşda 19 yaşlı qız xlordan zəhərlənib.

Yenicag.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, Ağdaş rayon sakini, 2003-cü il təvəllüdlü Xatirə Seyidli evdə təmizlik işləri apararkən halı pisləşib.

Daha sonra o, xəstəxanaya yerləşdirilib. Müayinə zamanı X.Seyidlinin xlordan zəhərləndiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.