Ağdaşda 3 otaqlı ev yandı

Ağdaş rayonunda ümumi sahəsi 187 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, hadisə rayonun Ərəb kəndində qeydə alınıb.

Şəki şəhərinin Kiçik Dəhnə kəndində isə “Mercedes” markalı minik avtomobili yanıb.

Hər iki yanğın hadisəsi zamanı yaxınlıqda olan tikililər yanğından mühafizə olunub. Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.