Ağdaşda 3 yaşlı uşaq dərman udaraq zəhərləndi

Ağdaşda üçyaşlı uşaq dərmandan zəhərlənib.

Yenicag.az xəbər verir ki, rayon sakini, 2019-cu il təvəllüdlü M.Həşimova evdə nəzarətsiz qalaraq dərman həbləri udub.

O, dərhal xəstəxanaya çatdırılıb.

Azyaşlıya dərman zəhərlənməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.