Ağdaşda 5 otaqlı evdə yanğın oldu

Ağdaş şəhərində ümumi sahəsi 180 m² olan birmərtəbəli 5 otaqlı evin lambirdən ibarət tavanı 20 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a bildirilib ki, yüksək temperaturdan 1 otağın lambirdən ibarət tavanı 11 m² sahədə və 1 ədəd kondisioner əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.