Ağdaşda azyaşlı su kanalında batıb.
Yenicag.az xəbər verir ki bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, Ağdaş şəhərində bir nəfər azyaşlı su kanalında batıb.
FHN-in Aran Regional Mərkəzinin xilasediciləri tərəfindən kanalda batmış 2018-ci il təvəllüdlü Musayev Adəm İsfəndiyar oğlunun cəsədi sudan tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.