Ağdaşda ağır qəza: bir ailənin beş üzvü yaralanıb

Ağdaşda bir ailədən 5 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Bakı-Qazax yolunun Ağdaşın Ləki qəsəbəsindən keçən hissəsində “VAZ-21011” markalı minik avtomobili ilə “QAZel” markalı yük avtomobili toqquşub.

Nəticədə Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü Musayeva Billurə Mamed qızı, onun bacısı, Goranboy sakini, 1968-ci il təvəllüdlü Məmmədova Lətafət Mamed qızı, Gəncə sakini, 1984-cü il təvəllüdlü Musayev Məqsəd Maqsud oğlu, onun 3 aylıq uşağı Musazadə Maqsud Məqsəd oğlu, Goranboy sakini, 2007-ci il təvəllüdlü Məmmədov Nahid Xalid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.(APA)

Yenicag.az