Ağdaşda ağır yol qəzası – Bir ailəin 3 üzvü öldü, xəsarət alanlar var

Ağdaşda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağdaş rayonunun Nehrəxəlil kəndində “Mercedes” və “VAZ” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri “Mercedes” markalı minik avtomobilindən, 2 nəfərin meyitini isə deformasiyaya uğrayan digər nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qəza zamanı “VAZ-2107″in sürücüsü Seymur Əhmədov, qızı Rahilə Əhmədova və anası Rahilə Əhmədova ölüblər.

Hadisə zamanı habelə Dursun İsmayılova, Xəqan Əlizadə, Təbriz Əhmədov, İqbal Sabirli xəsarət alıblar.