Ağdaşda ana ölümü baş verdi

Ağdaş rayonunda ana ölümü baş verib.

Oxu.Az-ın məlumatına görə, 1991-ci il təvəllüdlü Nübar Mərdanova bir neçə gün əvvəl xəstəxanada qeysəriyyə əməliyyatı olub.

Bu gün isə o, orada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.