Ağdaşda batan şəxsin meyiti tapıldı – YENİLƏNİB

Ağdaş rayonunun Dəhnəxəlil kəndində su kanalında batan 1996-cı il təvəllüdlü Aprin Nurlan Təhməz oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, batan şəxsin meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarıb və aidiyyəti üzrə təhvil verilib.

*** 20:05

Ağdaşda 1 nəfər su kanalında batıb.

Fövqəladə Hallar Nazirliyindən  verilən məluYenicag.az-amata görə, nazirliyin “112” qaynar telefonuna Ağdaş rayonunun Dəhnəxəlil kəndində 1 nəfərin su kanalında batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

COP29