Ağdaş rayonunda intihar hadisəsi baş verib.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə Əmirarx kəndində qeydə alınıb.
Belə ki, 1998-ci il təvəllüdlü kənd sakini Osmanlı İnci İslam qızı özünü yaşadığı evin həyətindəki köməkçi damda asaraq, intihar edib. Məlumata görə, intihar edən qadının iki yaşlı oğlu var. Onun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Taleh Cəfərov ay yarım əvvəl Rusiyaya işləməyə gedib.
Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, bu gün Ağdaşda 19 yaşlı oğlan da özünü güllələyərək öldürüb.