Ağdaşda birmərtəbəli ev yandı

Ağdaş şəhərində ümumi sahəsi 110 m² olan birmərtəbəli evin dam örtüyünün taxta atmaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən bazar günü Yenicag.az-a bildirilib ki, yüksək temperaturdan sahəsi 9 m² olan mətbəxin lambirdən ibarət tavanı əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.