On gün əvvəl Ağdaşda elektrik cərəyanı vurması nəticəsində ağır xəsarət alan “Azərişıq” ASC-nin əməkdaşı vəfat edib.
Yenicag.az APA-ya istinadən xəbər ki, 1986-cı il təvəllüdlü Elşən Mustafayev xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, təmir işləri aparan zaman elektrik cərəyanı vuran digər “Azərişıq” əməkdaşı 1983-cü il təvəllüdlü Ceyhun Nəbiyev hadisə yerində ölüb.