Ağdaşda dəhşət: 3 yaşlı uşaq su quyusuna düşərək öldü

Ağdaşda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

Yenicag.az ONA-ya istinadən xəbər verir ki, hadisə rayonun Nemətabad kəndində qeydə alınıb. 3 yaşlı uşaq yaşadığı evin həyətindəki su quyusuna düşərək ölüb.

Faktla bağlı araşdırma aparılır.