Ağdaşda dəhşətli qəza: bir ailənin iki üzvü öldü

скачанные файлыAğdaş rayonunda baş verən yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanların bir ailənin üzvü olduğu məlum olub.

Qəbələ rayonu Ziring kənd sakini, 1976-cı il təvəllüdlü Məmmədov Nail Nadir oğlu idarə etdiyi 10-BX-366 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı minik avtomobili yoldan çıxaraq hasara çırpılıb və aşıb.

Nəticədə avtomobilin sürücüsü Nail Məmmədov və qayınanası, 1961-ci il təvəllüdlü Abdullayeva Şəfiqə Eldar qızı hadisə yerində ölüb. Sürücünün həyat yoldaşı, 1983-cü il təvəllüdlü Məmmədova Maya Allahyar qızı ağır bədən xəsarətləri alaraq Ağdaş Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

***
Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Martın 6-da saat 20 radələrində Ağdaş rayonunun Türyançay qəsəbəsində Qəbələ rayon sakini Nail Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı hasara vurub.

Nəticədə sürücü və sərnişinlərindən biri, həmyerlisi Şəfiqə Abdullayeva hadisə yerində ölüb, digər sərnişini isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.(APA)