Ağdaşda ev yandı

Ağdaş şəhərində ümumi sahəsi 460 m² olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 40 m² sahədə və dam örtüyü 190 m² sahədə yanıb.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.