Ağdaşda evdə partlayış – Ana və qızı xəsarət aldı

Ağdaşda yaşayış evində partlayış olub.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Şəmsabad kəndində baş verib. Belə ki,kənd sakini 1977-ci il təvəllüdlü Həmidov Niyaməddin İkram oğluna məxsus yaşayış evində maye qaz balonunun partlaması nəticəsində evdə olan 1981-ci il təvəllüdlü Həmidova Elnarə Akif qızı və 2007-ci il təvəllüdlü Həmidova Elcan Niyaməddin qızı xəsarət alıblar.

Yaralılar Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib./unikal