Ağdaş rayonunda mağaza sahibi iş yerində meyiti tapılıb.
Yenicag.az Report-a istimadən bildirir ki, Ağdaş şəhərində yerləşən mağazaların birinin sahibi olan, 1971-ci il təvəllüdlü Rəsul Hacıyaqub oğlu Məmmədlinin mağazada meyiti aşkarlanıb. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.