Ağdaş rayonunun Qarağan Şıxlar kəndində “Mercedes” markalı yük avtomobilinin mühərrik hissəsi yanıb.
Yenicag.az FHN-nin saytına istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.