Ağdaşda qanunsuz saxlanılan silahlar polisə təhvil verildi

Ağdaş rayon sakinləri qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Bildirilib ki, vətəndaşlarda olan odlu silah-sursatların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.

Bu istiqamətdə görülən tədbirlərin nəticəsi olaraq Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon sakinləri qanunsuz saxladıqları 2 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.