Ağdaşda qaz sızması yanğına səbəb oldu – Yaralanan var

Ağdaşda diametri 120 mm olan qaz xəttindən sızan məişət qazı yanğına səbəb olub.

Yenicag.az xəbər verir ki, yaxınlıqda ümumi sahəsi 300 m² olan talvarın yanar konstruksiyaları 1 m² sahədə yanıb.

Məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb./Unikal/