Ağdaşda qəza: İki ailə yasa batdı

qeza yasa batdiBakı-Qazax magistralının Ağdaşdan keçən hissəsində dəhşətli yol qəzası baş verib.

Lent.az-ın məlumatına görə, magistralın 281-ci kilometrliyində 1979-cu il təvəllüdlü Bayramov Tural Rafiq oğlunun idarə etdiyi “Gelly” və 1974-cü ildə anadan olmuş Səfərov Etibar Baxşəli oğlunun sürdüyü “Mercedes” toqquşub.

Nəticədə “Gelly”də olan sərnişinlərdən 2011-ci il təvəllüdlü Bayramlı Hüseyn Vüsal oğlu ağır bədən xəsarətlərindən hadisə yerindəcə keçinib.

Avtomobilin sürücüsü və sərnişinləri – 1982-ci il təvəllüdlü Mehriban Bayramova və 2012-ci ildə anadan olmuş Bayramlı Ayan Tural qızı isə Yevlax rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq 3 yaşlı Ayanın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, qəzada ölən uşaqlar iki qardaşın övladları olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.