Ağdaşda yol qəzası: Yaralananlar var

Ağdaşda yol qəzası olub, iki nəfər yaralanıb.

Yenicag.az-ın məlumatına görə, hadisə Qaradağlı kəndi ərazisində qeydə alınıb. İdarəetmədən çıxan “VAZ-2106” avtomobili yol kənarındakı maneələrə çırpılıb.

Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan 1978-ci il təvəllüdlü Qurbanov Elsəvər Kərəm oğlu və 1977-ci il təvəllüdlü Nəbiyev Rövşən Yusif oğlu xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./unikal