Ağdərədən Ermənistana gedən erməni kimləri günahlandırdı? – VİDEO

“Ağdərədən gəlirəm. Ermənistana gedirəm. İrəvanda da, Rusiyada da qohumlarım var”.

Yenicag.az xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında Qarabağı tərk edən erməni sakin Vova Danelyan deyib.

O, bir gün yenidən Qarabağa qayıtmaq istədiyini söyləyib:
“Vaxtı ikən azərbaycanlı dostlarım var idi. Təəssüf ki, belə oldu. Bizim günahımız deyildi. Bu, bizim dostca yaşamağımızı istəməyənlərin günahıdır”.