!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağdərəyə 17 sm qar yağdı

!Reklam – Yazi

Noyabrın 22-si gündüzdən 23-ü səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, ölkə ərazisində noyabrın 22-si gündüzdən 23-ü səhərədək qeyri-sabit hava şəraiti davam edib, arabir yağış, dağlıq ərazilərdə qar yağıb, Naxçıvan MR-nın bəzi yerlərində intensiv olub.

Düşən yağıntının miqdarı Naxcıvan MR-da 2-61, Kiçik Qafqazda 1, Qazax-Gəncə zonasında 1-2, Böyük Qafqazda 1-11, Mərkəzi-Aran rayonlarında 1-6, Lənkəran-Astara zonasında 1-4, Bakıda və Abşeron yarımadasında 2-11 mm olub.

Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 17 sm təşkil edib.

www.yenicag.az

2050
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv