!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Agentlik ilə “AWWA Azerbaijan” arasında memorandum imzalandı

!Reklam – Yazi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə “Aesthetic & Welness World Academy” MMC (“AWWA Azerbaijan”) arasında əməkdaşlığa dair Memorandum imzalanıb.

Əməkdaşlıq sənədini Agentliyin İdarə Heyətinin sədri Anar Bayramov və Akademiyanın icraçı direktoru Həcər Cəfərova imzalayıblar.

Sənədin imzalanması tədbirində əlilliyi olan şəxslərin reabilitasiyası və rekreasiyası sahəsində aparılan işlər barədə məlumat verilib.

Akademiya sağlamlıq və #reabilitasiya sahəsindəki mütəxəssislərin bilik səviyyəsinin artırılması məqsədilə Beynəlxalq Masaj Assosiasiyası, Latviyanın “Beauty School”, Rusiyanın Milli Masajçılar Federasiyası kimi beynəlxalq qurumlarla əməkdaşlıq edir.

Memorandumda birgə təlim kurslarının, layihələrin, konfransların, seminarların və digər tədbirlərin təşkil olunması nəzərdə tutulur. Sənəddə ictimai önəm kəsb edən təşəbbüslərin dəstəklənməsi sahəsində əməkdaşlığın həyata keçirilməsi də əksini tapıb.

www.yenicag.az

275
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv