Agentlik sədri vətəndaşlara təşəkkür etdi

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev YAŞAT Fonduna ianə edən vətəndaşlara təşəkkür edib.

Yenicag.az xəbər verir ki, Agentlik sədri YAŞAT Fondunun bir illik fəaliyyətinə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı vətəndaşlara təşəkkür edib.

“İanə edən hər bir vətəndaşımıza, şirkətə, özəl sektora dərin təşəkkürümü bildirirəm. Çünki sizlərin ianələrini, hesabına qarşıya qoyulmuş məsələlər icra edilir”, – deyə o bildirib.