Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin iki sədr müavini – Cəmaləddin Quliyev və Rüfət Cavadov vəzifələrindən azad edilib.
Yenicag.az Modern.az-a istiandən xəbər verir ki, agentlikdən məlumatı təsdiq ediblər.
Bildirilib ki, hər iki şəxs başqa işə keçmələri səbəbi ilə öz ərizələri əsasında azad ediliblər.
Qeyd edək ki, Cəmaləddin Quliyev sözügedən vəzifəyə 6 iyul 2020-ci ildə, Rüfət Cavadov isə 17 avqust 2021-ci ildə təyin ediliblər.
Xatırladaq ki, Dövlət Məşğulluq Agentliyinin sədri Sadiq Əliyev bu ilin may ayında vəzifəyə təyin olunub.