Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

“Ağıllı çaydan” buraxılıb

29417“Polaris” şirkəti “PWK 1792CGL” adlı “Wi-Fi” çaydan buraxıb. “iOS” və “Android” platformaları ilə işləyən smartfon və ya planşetin köməyi ilə bu çaydanı uzaq məsafədən idarə etmək olar.

Bunun üçün xüsusi hazırlanmış “Polaris. Ağıllı çaydan” mobil tətbiqini yükləmək lazımdır.

Mobil tətbiq 12 avtomatik multiproqramdan ibarətdir. Proqramlar müxtəlif çay və qəhvə növlərinin dəmlənməsi üçün qaynadılmış suyun temperaturunu tənzimləməyə imkan verir. Məsələn, çay həvəskarları “Hind çayı” və ya “Puer” rejimini işə sala biləcək. Proqramı quraşdırmaq kifayətdir, su qaynadıqda mobil tətbiq bu haqda bildirəcək. Bu halda eyni zamanda iki qurğudan çaydana qoşulmaq olar. Mobil tətbiqin malik olduğu bir sıra faydalı seçimlər çaydandan rahat və əlverişli istifadəyə imkan verəcək. “Saf su” funksiyası çaydandakı mayenin vaxtının keçdiyini və onu dəyişdirməyi xatırladacaq. Suyun miqdarının avtomatik təyini çaydanı doldurmaq haqda bildirəcək.

(bizimyol.info)

www.yenicag.az

249