“Yeniləmələr informasiya təklükəziliyi baxımından boşluqların aradan qaldırılması və yeni funkisonallıq üçün çox vacibdir”.
Bu fikirləri mobil cihazlara gələn yeniləmə bildirişlərinin vacibliyi haqda danışan İnformasiya Texnologiyaları (İT) üzrə mütəxəssis Fərhad Mirəliyev Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, yeniləmələr cihazın şatışa çıxarılmazdan əvvəl bəlli olmayan hər hansı bir boşluğu sonradan aradan qaldırır:
“Yeniləmələr yalnız mobil cihazlarda deyil, həmçinin istifadə etdiyimiz kompyuterlər, planşetlər və digər cihazlarda da olur. İlk olaraq qeyd edək ki, yeniləmələr informasiya təhlükəsizliyi tədbirlərinin mühüm tərkib hissəsidir. İstənilən cihaz müəyyən bir proqram təminatı ilə istehsalçı tərəfindən satışa çıxarılır və istehlakçılar da o cihazları əldə edirlər.
Həmin cihazlarda zaman keçdikcə müəyyən boşluqlar yarana bilər. Buna texniki dildə “zero day attack” deyilir. Bu boşluq vasitəsi ilə həmin cihaz kənardan ələ keçirilə və ya da dələduzlar tərəfindən müxtəlif kiber hücum əməliyyatlarına məruz qala bilər. Tətbiq olunan yeniləmələr isə bu boşluqları aradan qaldırır.
Həm əməliyyyat sistenminin, həm də tədbiqi proqramların da xüsusi yeniləmələri mövcuddur. Yeniləmələrin digər bir üstünlüyü də performansla bağlıdır. Cihazların hazırlanma müddətində istehlakçı onu sınaqdan keçirir. Nəticələr uğurlu olarsa, mobil cihaz satışa çıxarılır. Lakin bu proses nə qədər dəqiqliklə aparılsa da, hətta dünyanin nəhəng şirkətlərinin məhsullarında da müəyyən çatışmazlıqlar olur.
Həmin çatışmazlıqlar yeniləmələr vasitəsilə aradan götürülə bilər. Ümumi olaraq qeyd edim ki, yeniləmələr cihazın şatışa çıxarılmazdan əvvəl bəlli olmayan hər hansı bir boşluğu sonradan aradan qaldırır. Həmçinin digər bir üstünlük də yeni funksionallıqların yaranmasıdır”.
Nuray Məmmədzadə