“Ağıllı televizor”larla gələn təhlükə: FTB xəbərdarlıq edir

Ötən həftə “Black Friday” başlıqlı reklamlarla az qala hər addımda rastlaşdıq. Alıcılar təklif olunan endirimli məhsullar sırasında isə əsas yeri “ağıllı televizorlar” tuturdu.

Bu televizorlar vasitəsi ilə siz internetə bağlanaraq, film izləməklə yanaşı, həm də, görüntülü ünsiyyət qura bilərsiniz. Lakin bu cihazlar təhlükəsizlik baxımından, bəzi şübhələr doğurur.

O baxımdan, ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) “ağıllı televizorlarla” bağlı xəbərdarlığı təsadüfi deyil:

“Bu cihazlar vasitəsilə sizi izləyə və dinləyə bilərlər. O televizorlarlar hakerlərin birbaşa evinizə daxil olması deməkdir.

Bir haker şifrəli kompyuterinizə daxil olmaqda çətinlik çəkə bilər, lakin bu televizorlar evinizə “oğurluq” üçün girməyə imkan yarada bilər”.

FTB arzuolunmaz hallarla üzləşməmək üçün vətəndaşlara müəyyən tövsiyələr də verib. Qeyd olunur ki, “ağıllı televizor” sahibləri görüntülü ünsiyyət zamanı kameraya qara lent yapışdırmalıdırlar.

Eyni zamanda, “ağıllı televizor”lardan istifadə zamanı idarəetmə sistemindəki tövsiyələrin nəzərə alınması da məsləhət görülür.

COP29