Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə təqsirləndirilən şəxs Əsgərov Fuad Natiq oğluna hökm oxunub.
Yenicag.az-ın məlumatına görə, Fuad Əsgərov 4 il müddətinə azadlıqdan məhrum edilib və təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə zalından həbs edilib.
Qeyd edək ki, F.Əsgərov Əliyev Elmar Nağı oğlu ilə barışıb, əməlindən peşmandır. Ancaq zərərçəkən məhkəmənin çağırışlarına gəlmədiyindən məhkəmə heyəti barışıq ərizəsini əldə edə bilməyib.
Xatırladaq ki, cinayət hadisəsi bu ilin əvvəlində Bakı şəhərində baş verib.