“Üç dəfə ölümlə üz-üzə qaldım”.
Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış qarmon ifaçısı, Əməkdar artist Gülbahar Şükürlü deyib.
Həyat yoldaşını itirəndən sonra çətin günlər yaşayan sənətçi stresdən ağır xəstəliyə düçar olduğunu deyib:
“Həyat yoldaşım Zahidi itirəndən sonra ağır günlər yaşadım. Üç dəfə ölümlə üz-üzə qaldım. Başımda əməliyyatlar oldu.
Məndə onkoloji xəstəlik yox idi, stresdən xəstələndim. O qədər başıma, ayaqlarıma vurmuşdum ki, özümdə deyildim. Heç nə hiss etmirdim, gəzə bilmirdim.
Atam-anam rəhmətə gedəndə yalnız Zahiddən qəbul etdim o sözü, o mənə dedi ki, ay Gülü kimin ata-anası yanında qalıb, hanı mənim ata-anam, həyat davam edir. Bu, söz məni sakitləşdirirdi, deyirdim, bunun da ata-anası yoxdur. Amma Zahiddən sonra bu sözü mənə deyən olmadı. Onun ölümü ilə barışa biımirdim.
İndi də elədir, amma barışmaq lazımdır”.
Cəvahir