Türkiyəli məşhur aparıcı Bülent Özveren dünyasını dəyişib.
Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun illər TRT-də çalışan və “Eurovision” mahnı müsabiqələrində təqdimatı ilə yadda qalan məşhur aparıcı 79 yaşında dünyasını dəyişib.
Həyat yoldaşı Sebla Özveren, “Çox üzr istəyirəm. Bülənti itirdik” – deyə paylaşımında qeyd edib.
Qeyd edək ki, Bülent Özveren böyrək xəstəliyinə görə sentyabrın 12-də reanimasiya şöbəsinə yerləşdirilmişdi.