Ağır itki: “Təbrizin sehrli nağılları” kitabının müəllifi vəfat etdi

Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq doktoru, professor Cəmilə Həsənzadə vəfat edib.

Yenicag.az xəbər verir ki, professor 75 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Cəmilə Həsənzadə İsrailin ölkəmizdəki səfiri Corc Dikin paylaşdığı və dünyada trendə çevrilən “Təbrizin sehrli nağılları” kitabının müəllifi idi.

Allah rəhmət eləsin.