Ağır itkidən sarsılan aktyor: “Elə bilirdim, həmişə olacaqsan”

“Nur içində yat, uşaqlığımın qəhrəmanı…”

Yenicag.az xəbər verir ki, bunu Türkiyənin əfsanəvi aktyoru Cüneyt Arkının vəfatından sarsılan azərbaycanlı aktyor Tural Əhməd kədərini bölüşərkən qeyd edib.

Aktyor kədərini belə ifadə edib:

“Mənə Türkiyə adlı ölkəni tanıdan adam, türk dilini tanıdan adam, türk filmini tanıdan və sevdirən adam. Mənim üçün dünyanın ən yaraşıqlı kişisi olan adam. Səhəri sənin ölüm xəbərinlə açmaq çox üzücü oldu. Elə bilirdim, sən həmişə olacaqsan. Sanki uşaqlığım getdi bir anlıq. “Saçımı uzadıb Cüneyt Arkın kimi edirəm”, – deyirdim o vaxtlar. Sən bu dünyada ən sevdiyim adamlardan idin. Demək olar ki, bütün filmlərinə baxmışam. Yolun açıq, yuxun şirin olsun türk dünya kinosunun əfsanəsi. Ölənə kimi Türkiyə, Vətən dedin… Nur içində yat, uşaqlığımın qəhrəmanı”.

Qeyd edək ki, türk kinosunun əfsanəsi Cüneyt Arkın bu gün 85 yaşında vəfat edib.

Cəvahir