Ağır itkidən sarsılan aparıcı: “Yanımda keçindi”

İctimai televiziyanın xəbər aparıcısı Nigar Sabirqızı ağır itkidən danışıb.

Yenicag.az-a açıqlama verən aparıcı atasının xəstəlikdən vəfat etdiyini deyib:

“Atam uzun illər Memarlıq və İnşaat Universitetində professor kimi çalışıb. Həyatını elmə həsr etmişdi. 7-8 ay idi ki xəstəliklə çarpışırdı. Dünən axşam dünyasını dəyişdi. Atam yanımda keçindi. Gözlərinə baxıb dedim ki, yanındayam. Heç bir reaksiya vermədi. Son nəfəsini verirmiş. Həmin an canını tapşırdı. Ağır itkidir, atamın yoxluğunu qəbul edə bilmirəm”.

Allah rəhmət eləsin!

Cəvahir

COP29