Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Ağır itkidən sarsılan Baba Vəziroğlu: "Arxa-dayağımı itirdim"

“Fikrət Qoca uşaq qəlbli bir insan idi. El arasında belə bir deyim var, peyğəmbər kimi insan. Fikrət Qoca elə insan idi. Onun ölüm xəbəri məni çox üzdü, özümə gələ bilmirəm”.

Bunu Yenicag.az-a açıqlamasında bu gün səhər saatlarında uzun sürən xəstəlikdən sonra 85 yaşında dünyasını dəyişən xalq şairi Fikrət Qocanın itkisindən sarsılan əməkdar incəsənət xadimi Baba Vəziroğlu deyib.

Vəziroğlu onun Azərbaycan ədəbiyyatında misilsiz xidmətləri olduğunu bildirib:

“Fikrət Qoca Azərbaycan Yazıçılar Birliyində bir işıq idi, o işıq bu gün söndü. O ən çətin vaxtlarımda mənə arxa-dayaq olub, bunu heç vaxt unutmaram. Bu gün həm də arxa-dayağımı itirdim. Fikrət Qoca mənən hər zaman bizimlə olacaq, onun poeziyası əbədidir. Şeirlərinə bəstələnən saysız-hesabsız musiqiləri dinlədikcə Fikrət Qoca poeziyasından zövq alacağıq. Allah rəhmət eləsin!”

Cəvahir

www.yenicag.az

310
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100