Ağır itkidən sarsılan Könül: “Son nəfəsində əli ilə saatı göstərdi” – VİDEO

Xalq artisti Könül Xasıyeva atasından danışaraq göz yaşı töküb.

Yenicag.az xəbər verir ki, sənətçi atasının son arzusundan, son nəfəsində ona etdiyi işarədən danışıb:

“Şəkidəki evimiz çox köhnə idi. Həyətdə atamla oturub söhbət edirdik. Dedi elə istəyirəm ki, bu evi təmir edək. Son nəfəsində də yanında idim. Əli ilə saatı göstərdi. Dedim ki, birin yarısıdır. Əli ilə iki işarəsini göstərdi. Düz saat ikidə canını tapşırdı”.

Xəzər TV-nin “Hər şey daxil” verilişindən olan görüntüləri təqdim edirik.

Nehru