Ağır itkidən sarsılan müğənni: “Məni yetim qoydun” – FOTO

Anasını itirən tanınmış müğənni Nurlan Əzizbəyli acısının böyük olduğunu bildirib.

Yenicag.az-a danışan sənətçi bu dəqiqələrdə anasını son mənzilə yola saldığını deyib.

“Məni yetim qoydun ay ana”, – Müğənni acısını belə ifadə edib.

Qeyd edək ki, N.Əzizbəylinin anası bir müddət əvvəl koronavirusa yoluxmuşdu. 15 gün idi ki, komada olan ananın həyatını xilas etmək mümkün olmayıb.

Cəvahir