Ağır itkidən sarsılan Rəhman Rəhmanov FƏRYAD ETDİ: “Balam sön sözünü deyə bilmədi”

“Getdi oğlum. Son sözünü də deyə bilmədi”.

Bunu Yenicag.az-a açıqlamasında övladı Emili itirən Əməkdar artist Rəhman Rəhman deyib.

Aktyor oğlunun qəfildən həyatını itirdiyini bildirib:

“Düzəlmişdi oğlum, yaxşı idi. Amma ürəyində tromb oldu, qəfildən halı pisləşdi. Gecə saat 2-də gətirdik xəstəxanaya. Reanimasiyaya yerləşdirdilər. Böyrəklər işləmədi, həkimlər onu xilas edə bilmədi. Getdi oğlum… Balam son sözünü də deyə bilmədi”.

Cəvahir