Ağır qəza ana ilə qızının sonu oldu – Fotolar

Türkiyədə dəhşətli yol qəzası baş verib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, gecə saatlarında yük maşını ilə avtomobil toqquşub. Avtomobildə olan sərnişinlər yola səpələniblər. Hadisə şahidləri dərhal təcili yardım çağırıb. Həkimlərin səyinə baxmayaraq qəzada yaralanan 8 yaşındakı Melisa və anasının həyatını xilas etmək mümkün olmayıb.

Digər sərnişinlərin isə vəziyyətinin ağır olduğu bildirilir.

Yenicag.az