Ağır qəza keçirən Eltonun son durumuı: “Həkimlər deyir ki…” – Foto

Ağır qəza keçirdiyi və xəstəxanaya yerləşdirildiyi deyilən Elton Hüseynəliyevin vəziyyəti yaxşıdır.

Yenicag.az-a bu barədə müğənninin prodüseri Tolik açıqlamasında deyib:

“Elton yaxşıdır, əli sıyrılıb. Həkimlər deyir ki, yüngül xəsarətdir, əlini sarıyıb, evə buraxıblar. İndi yanıma gəlir.Yalandan yazıblar ki, guya onun və xəsarət alan polisin vəziyyəti ağırdır. Yalandır, boş-boş sözlər yazıblar”.

Qeyd edək ki, müğənni Elton Hüseynəliyev idarə etdiyi “90-DD-044” dövlət nömrə nişanlı, “İnfiniti” markalı avtomobilİ Səbail rayon yol-patrul xidmətinin “99-YP-253” dövlət nömrə nişanlı xidməti maşınına çırpılıb.

Avtomobillərə ciddi ziyan dəyib. Həm müğənni, həm də YPX əməkdaşı xəsarət alıb. Onlar əraziyə çağırılan təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxanaya aparılıb.

Cəvahir