!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ağır qəza keçirən pilot "Formula 1"-ə qayıdır

!Reklam – Yazi

Keçmiş “Formula 1” pilotu Robert Kubitsa yenidən yarışlarda çıxış etmək üçün hazır olduğunu bildirib.

Yeniçağ.az xəbər verir ki, o, bu il “ByKolles” komandası ilə WEC-də çıxış edəcək.

Kubitsa 2010-cu ildən bəri bir neçə dəfə simulyatorda çalışsa da, “Formula 1” bolidi sürməyib. Polşalı sürücü bildirib ki, bir neçə dəfə test sürüşü təklifi gəlsə də, özünü yaxşı hiss etmədiyi üçün qəbul etməyib.
32 yaşlı sürücü sınağa hazırdır:

“Üç il əvvəl mənə bu təklif gəldi. Amma onda bunu etmək gücüm yox idi və özümə güvənmirdim. Bu cür şans əlimizə bir dəfə düşür. Lakin həmişə özümə əmin olmaq istədim və o zaman özümə əmin deyildim. Buna görə də testi qəbul etmədim.

Amma hazırkı vəziyyətdə cavabım fərqli olardı. “Formula1” bolidini idarə etmək istəyərəm. Uzun müddətdir ki, onları sürmürəm və buna görə də özümü isbat etməliyəm. Amma düşünürəm ki, yaxşı işlər görəcəm. “Formula1” həyəcanını yenidən yaşamaq arzusundayam. “Formula1” simulyatorunda çox işləmişəm və inanıram ki, ralli traslarının 80 faizində yarışa bilərəm.

“Formula1”-dəki son 3 ildə mükəmməl performans nümayiş etdirdim. İndi o səviyyədən bir az geridəyəm. Renault ilə 2010-cu ildə heç bir səhv etmədiyimi düşünürəm və bu performans səviyyəsinə çatmaq üçün çox işləməliyəm. Rallidə də ən yaxşı performansı göstərmək üçün darıxmışam”.

Xatırladaq ki, polşalı sürücü 2008-ci ildə Kanada yarışını qazanmış və 2011-ci ildə rallidə ağır qəza keçirtdikdən sonra “Formula1” karyerasını bitirməyə məcbur olmuşdu. Kubitsa bundan sonra uzun müddət WRC-də çıxış edərək, keçən il trass yarışlarına qayıtmışdı.

Aygün İlqarqızı

Yeniçağ.az

www.yenicag.az

873
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv