Ağır qəza keçirtdiyi deyilən Nüşabə Ələsgərli avtomobilinə və özünə ziyan dəymədiyini bildirib.
Yenicag.az-a açıqlama verən sənətçi toya hazırlaşdığını deyib:
“Maşınımı arxaya verəndə başqa bir maşına yüngülvari toxundum. 20-ylə sürülən avtomobil nə qəza törədə bilər ki? Yazıblar ki, guya kimsə mənə yol verməyib, mən də əsəbiləşib avtomobilimi həmin maşına çırpmışam, o da başqasına dəyib. Vallah, boş söhbətdir. Məsələni şişirdiblər. Nə özümə, nə də avtomobilə ziyan dəyməyib. Hazırda gözəllik salonundayam, toya hazırlaşıram”.
Qeyd edək ki, bu gün müğənni Yasamal rayonundakı 3 saylı “ASAN” Xidmətin qarşısında qəza törədib.
Cəvahir